Onlayn ictimai-siyasi qəzet
Özbəkistanın "Qanot Sharq" aviaşirkəti Moskvaya və Sankt-Peterburqa uçuşları azaldır.
Musavat.com xəbər verir ki, Özbəkistanın "Qanot Sharq" aviaşirkəti yanvarın 20-dən martın 6-dək Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacağını açıqlayıb.
Qeyd edək ki, 25 dekabrda Aktaudakı "Embraer 190" AZAL təyyarəsinin qəzasından sonra bir sıra xarici aviaşirkətlər Rusiyaya uçuşları dayandırıb. Bunlar arasında AZAL (Bakından Rusiyanın 10 şəhərinə uçuşları ləğv edib), "Qazaq Air" (Astana - Yekaterinburq), "El Al" (Tel-Əviv - Moskva), "Flydubai" (Dubay - Soçi və Minvody) və Türkmən Hava Yolları (Aşqabaddan Moskvaya) yer alır.
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ