Öz konsertlərində tez-tez Azərbaycan mahnılarına yer verən özbəkistanlı müğənni Alişer Nazirov bu dəfə də ənənəsinə sadiq qalıb.
O, Xalq artisti Eyyub Yaqubovun repertuarına müraciət edib.
Sənətçi bu dəfə sözləri Orxan Mürvətliyə, musiqisi isə Vüqar Mirzəyevə məxsus “Əzizim” mahnısını oxuyub.
Müğənninin ifası sosial şəbəkədə maraqla qarşılanıb. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ