Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yekununa əsasən Yaponiyanın avtomobil istehsalçısı Toyota Motor şirkəti beşinci dəfə avtomobil satışına görə dünyada birinci yerə sahiblənib.
Musavat.com Yaponiya şirkətinin dərc etdiyi statistik məlumatlara istinadən xəbər verir ki, 2024-cü ildə şirkətin satış həcminin 3,7 faiz azalmasına baxmayaraq, Toyota dünya üzrə 10 milyon 821 min 480 ədə avtomobil satıb.
Nəticədə Yaponiya şirkə növbəti dəfə Almaniyalı həmkarı Volkswagen-i ötməyə imkan verib. Ötən il satışları 2.3 faiz azalan Almaniya konserni dünya üzrə təxminən 9,02 milyon avtomobil satıb; Üçüncü yeri dünya üzrə 7,23 milyon avtomobil satan Koreyanın Hyundai Motor şirkəti tutur - 2023-cü illə müqayisədə 1 faiz az.
Musavat.com
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ