İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Almaniyada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

2022-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq alan Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözcüzü Saskia Geltenpot “Report”un Avropa bürosuna açıqlamasında bildirib ki, ötən il Azərbaycan vətəndaşları tərəfindən daxil olan ilkin müraciət ərizələrindən cəmi 67-sinə müsbət cavab verilib.

Həmin şəxslər rəsmi Berlinin tərəfdaşı olduğu Cenevrə Qaçqınlar Konvensiyasına uğyun olaraq Almaniyada yaşamaq hüququ əldə ediblər.

BAMF rəsmisi xatırladıb ki, 2022-ci ildə müxtəlif xarici ölkə vətəndaşları tərəfindən federal idarəyə ümumilikdə 217 774 ərizəsi daxil olub. Müraciət edənlər bu ölkədən sığınacaq istəyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR