İnsanlara hürriyət, millətlərə istiqlal!

Orta məktəblərdə kişi müəllimlərin sayı azdır - Deputatdan TƏKLİF

Deputat Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı maraqlı təkliflə çıxış edib.

Musavat.com xəbər verir ki, o, ali məktəblərdə gender bərabərliyi fənninin tədris edilməsi təşəbbüsünü səsləndirib.

AYDİN SON.jpg (54 KB)

Bildirib ki, psixoloqlar və hüquqşünaslar bu yöndə dərsliklər hazırlaya bilər.

Aydın Mirzəzadə məktəblərdə kişi müəllimlərinin sayının azlığına diqqət çəkib:

"Orta məktəblərdə kişi müəllimlərin sayı azdır. Bu, təkcə bir nazirliyin işi deyil. Problemin qarşısını almalıyıq.

Təklif edərdim ki, məktəb direktorlarının müavinləri kişilər olsun. Düzdür, bu, qanunvericilikdə əks olunmaya bilər. Bundan başqa, psixoloqlar da kişi ola bilər və onlara direktor müavini ştatı verilsin".

Spiker Sahibə Qafarova bildirib ki, son zamanlar məktəblərdə kişi müəllimlərin sayının artması müşahidə olunur.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR