İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: "Ukrayna NATO və Aİ-yə üzv olmaq iqtidarında deyil"

Ukrayna NATO və Avropa İttifaqına üzv olmaq iqtidarında deyil, çünki bu ölkənin iqtisadi vəziyyəti qeyri-qənaətbəxşdir.

Oxu.Az xəbər verir ki, bunu LCI telekanalına müsahibəsində Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Ukrayna hələ münaqişədən əvvəl müflis olmuşdu. 1990-cı illərdə ukraynalılar iqtisadiyyatı normal fəaliyyət göstərən dövlət qura bilmədilər", - baş nazir bəyan edib.

Orbanın fikrincə, Ukraynanın Aİ-yə daxil olması cəmiyyət üçün böyük problemlərlə nəticələnəcək.

Baş nazir qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması da qəbuledilməzdir.

"Əgər o NATO-ya daxil olarsa, Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibə olacaq. İndi bu birləşmə mümkün deyil, geosiyasi reallıq belədir. Rusiya ilə birbaşa münaqişə bizim maraqlarımıza cavab vermir", - Orban vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR