Onlayn ictimai-siyasi qəzet
OPEC iclası və OPEC+ nazirlərinin görüşü iyunun 2-də Ər-Riyadda əyani baş tutacaq.
Musavat.com xəbər verir ki, bu barədə TASS nümayəndə heyətlərindəki iki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, ilkin olaraq görüşlərin iyunun 1-də Vyanada keçirilməsi nəzərdə tutulurdu. Daha sonra onlayn formatda iyunun 2-nə keçirildi.
Qazaxıstanın energetika nazirinin müşaviri Şinqis İlyasov jurnalistlərə bildirib ki, ölkənin energetika naziri rəhbəri Almasadam Satkaliev OPEK-in 188-ci iclasını, OPEK+-un 54-cü iclasında iştirak etmək üçün Ər-Riyada gedəcək. Onun sözlərinə görə, Nazirlərin Monitorinq Komitəsi (JMMC) və iOPEC+ ölkələri nazirlərinin 37-ci iclası da Ər-Riyadda keçiriləcək. Qazaxıstan rəsmisi həmçinin bildirib ki, OPEC+ ölkələri alyansın cari neft hasilatı siyasətini müzakirə etməyi planlaşdırır.
Eyni zamanda OPEC katibliyindən jurnalistlərə bildiriblər ki, iyunun 2-də keçiriləcək bütün görüşlər onlayn formatda planlaşdırılır.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ