Onlayn ictimai-siyasi qəzet
OPEC+ ölkələri neft hasilatının bərpasını daha bir ay təxirə salmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, məlumatı OPEK açıqlayıb.
Məlumatdam qeyd olunur ki, səkkiz razılaşma ölkəsi dekabrın sonuna qədər könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaltmağa davam edəcək.
Əvvəlcə hasilatın bərpası tədricən oktyabrda başlamalı idi, lakin sentyabrda OPEC+ bunu iki ay, dekabr ayının əvvəlinə qədər təxirə salmaq qərarına gəldi.
Könüllü olaraq hasilatı azaltmağa davam edən ölkələrə Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman daxildir. 2024-cü ilin birinci rübündən etibarən bu ölkələr könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaldır.
Qeyd edək ki, OPEK+-un qərarının indi açıqlanmasının birinci gün yeni həftənin ilk hərraclarında neft qiymətlərinə artırıcı təsir göstərəcəyi gözlənilir.
Musavat.com
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ