Onlayn ictimai-siyasi qəzet
Neft hasilatının azaldılması üzrə OPEC+ sazişində iştirak edən ölkələrin nazirlərinin görüşü videokonfrans formatında və əvvəlcə nəzərdə tutulan vaxtdan 1 gün sonra keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumat OPEC-in mətbuat üçün açıqlamasında əksini tapıb.
Məlumata əsasən iyunun 2-də də nazirlərin və nazirlərin monitorinq komitəsinin iclasları videokonfrans formatında keçiriləcək.
Hər iki görüş əvvəlcə iyunun 1-nə təyin edilmişdi.
Qeyd edək ki, görüş ərəfəsində bir sıra iştirakçı ölkələr neft hasilatının azaldılması müddətinin uzadılması, yaxud əlavə azaldılmalara gedilməsinə qarşı olduqlarını açıqlayıblar. Bu açıqlamalardan sonra neftin dünya bazar qiymətlərində azalma başlayıb, hazırda Brent etalon markasının qiyməti 81 dollar civarındadır. Analitik mərkəzlərdə hesab edirlər ki, OPEK+ alyansının aparıcı ölkələri görüş ərəfəsində bazarda qiymətləri məqsədyönlü şəkildə salmaqla, etiraz edən ölkələri hasilatın azaldılmasına razı salmağa nail olmaq istəyirlər.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ