Onlayn ictimai-siyasi qəzet
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Nyu-Yorkdakı sahə ofisinin rəhbəri Ceyms Dennehy ABŞ prezidenti Donald Tramp administrasiyasını FTB əməkdaşlarının məlumatlarını tələb etdiyinə görə tənqid etdikdən sonra vəzifəsini tərk etmək məcburiyyətində qalıb.
Musavat.com xəbər verir ki, bu iddia ilə NBC News nəşri çıxış edib.
Bildirilib ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Nyu-Yorkdakı sahə ofisinin rəhbəri Ceyms Dennehinin vəzifədən getməsi ilə bağlı FTB əməkdaşlarına elektron məktub daxil olub.
Məktubda Dennehy ondan vəzifəsini tərk etmək tələb olunduğunu təsdiqləyib: "Mənə bu qərarın səbəbi göstərilməyib".
Maraqlıdır ki, Dennehy Tramp administrasiyasının Konqresə basqınla bağlı araşdırma aparan minlərlə FTB əməkdaşının məlumat tələbini “tənqid etdikdən” sonra işini tərk etmək məcburiyyətində qalıb.
Keçən ay FTB əməkdaşları Konqresə basqınla bağlı müxtəlif işlərdə adı keçən məmurların kimliklərinin açıqlanmamasını tələb edərək Ədliyyə Nazirliyini məhkəməyə vermişdilər.
2021-ci il yanvarın 6-da ABŞ-ın o zamankı prezidenti Donald Trampın tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edərək, Vaşinqtonda Milli Mall ərazisində etiraz aksiyası keçirib və seçkilərin nəticələrinin sertifikatlaşdırılması ilə bağlı sessiyanın keçirildiyi Konqresin binasına basqın ediblər.
Şiddətli hadisələrin şahidi olan basqında biri polis məmuru olmaqla 5 nəfər həyatını itirib. Konqresə basqınla bağlı müxtəlif ittihamlarla təxminən 1500 adam mühakimə olunub.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ