Onlayn ictimai-siyasi qəzet
Ötən gün "Neftçi"dən ayrılan Eddi İsrafilov sosial şəbəkə hesabında paytaxt təmsilçisi haqqında paylaşım edib.
QOL.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi komanda ilə vidalaşarkən klubun zəif idarə olunduğunu yazıb:
"Salam, “Neftçi” ailəsi! Mən sizinlə tam fərqli sağollaşmaq istəyərdim. Bu klubda çoxlu mehriban işçilər vardı. Amma klubun zəif idarəçiliyi və addımların həmişə gec atılması səbəbindən bunu belə etməliyəm! Mənə və ailəmə bəxş etdiyiniz bütün sevgiyə görə sizə təşəkkür etmək istəyirəm, sizi hər zaman ürəyimdə daşıyacağam.
Bu formanı geyindiyim və bu komandanın kapitanlarından biri olduğum üçün fəxr edirəm. Sizə gələcəkdə uğurlar arzulayıram.
Əziz azarkeşlər, bu insanlara heç vaxt klubda istədiklərini etməyə imkan verməyin. Unutmayın ki, siz klubun özüsünüz, siz komandanın DNT-sisiniz və bu klubun əsl motoru sizsiniz! Hamınızı bağrıma basıram. Bir daha “Forza Neftçi”!
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ