Onlayn ictimai-siyasi qəzet
Amerikalı jurnalist Taker Karlson Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müsahibəsini dərc edib.
Musavat.com mk.ru saytına istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Karlsona verdiyi müsahibədə ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri ilə təmasları barədə şərh verməkdən, “onların karyerasına xələl gətirməmək üçün” imtina edib.
Nazir qeyd edib ki, o, Romada G20 sammitində görüşdükləri 2021-ci ildən bəri Antoni Blinkenlə görüşməyib.
Görüşdən sonra Bayden administrasiyasının rəsmiləri ilə danışıb-danışmadığı sualına Lavrov belə cavab verib: “Mən onların karyerasını məhv etmək istəmirəm”.
O əlavə edib ki, ciddi müzakirələr olmayıb. “Beynəlxalq tədbirlərdə amerikalı tanışlarımla görüşəndə onlardan bəziləri salamlaşır və bir-birlərinə bir neçə cümlə deyirlər.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ