Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski “Şanqri-La Dialoq” Asiya Təhlükəsizlik Sammitində çıxışı zamanı bildirib ki, o, İsveçrədə keçiriləcək Ukrayna sülh sammitində böyük dövlətlərin iştirakına ümid etmir.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Amerika prezidenti Co Bayden və Çin sədri Si Cinpin İsveçrədə iyunun 15-16-da keçiriləcək sülh sammitində iştirakdan imtina etsələr, görüş Kiyevə istənilən nəticəni gətirməyəcək.
Bundan əvvəl Zelenski Amerika liderini və Çin prezidenti Si Cinpini İsveçrədə keçiriləcək sülh sammitinə qoşulmağa dəvət edərək, onları “zərbələr arasında fasilə deyil, sülhün – həqiqətən sülhün gətirilməsi üçün liderlik göstərməyə” çağırmışdı.
Lakin Si Cinpin Zelenskinin sülh sammitində iştirakdan imtina edib, ABŞ prezidenti isə hələ də Ukrayna liderinin dəvətinə cavab verməyib.
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ