Onlayn ictimai-siyasi qəzet
Ermənistanda bəzi fiqurlar yeni müxalifət formalaşdırmaq məqsədilə aktiv fəaliyyətə başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Onlar qondarma mərkəzçi qüvvənin formalaşdırılması istiqamətində siyasi məsləhətləşmələr aparırlar. Bu qüvvə ilk növbədə öz qarşısına Ermənistandakı psevdoqərbçilərin maskasını qoparmaq, onların Ermənistanın düşməni olduğunu və Nikol Paşinyanın maraqlarına xidmət etdiyini cəmiyyətə göstərmək vəzifəsini qoyacaq.
Məsləhətləşmələrdə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan, İrəvanın keçmiş meri Ayk Marutyan, Erməni Milli Konqresi, “Həyat üçün ölkə” və bir sıra digər qüvvələr iştirak edir”, - deyə yazıda qeyd olunub.
Bu alyans hətta Edmon Marukyanın namizədliyini də nəzərdən keçirib, lakin müzakirələr nəticəsində onun daxil olmasının zərərli ola biləcəyi qənaətinə gəliblər. Belə ki, Marukyan Nikol Paşinyana bağlı siyasətçilərdən sayılırmış.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ