Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmələr əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin Umbakı Penitensiar Kompleksinə və Müalicə Müəssisəsinə həyata keçirilib. Ombudsman Aparatından verilən məlumata görə, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı müraciətləri və təsadüfi seçim əsasında bu müəssisələrdə saxlanılan bir sıra şəxslər, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar qəbul edilib. Onların müraciətləri dinlənilib, onlara Ombudsmanın səlahiyyətləri izah olunub, bəzilərinin ərizələri qəbul edilib. MPQ üzvləri tərəfindən Penitensiar Xidmətin Müalicə Müəssisəsində konfidensial qaydada qəbul edilən Fazil Qasımov barəsində olan cinayət işi ilə bağlı qida qəbulundan imtina etdiyini bildirib, qaldırdığı məsələlər üzrə müraciətləri yerində qəbul olunub. Fazil Qasımovun sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması ilə də bağlı müalicə müəssisəsinin rəhbərliyinə müvafiq tövsiyələr verilib. Qeyd edilib ki, Fazil Qasımov əvvəl də saxlanıldığı müəssisədə MPQ üzvləri tərəfindən qəbul edilib, hüquqlarının müdafiəsi ilə bağlı hüquq-mühafizə orqanlarına və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müvafiq müraciətlər ünvanlanıb.
Başçəkmələrin yekununda həmin müəssisələrin rəhbərliyi və məsul əməkdaşları ilə milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Hər əfv öncəsi 30 ilə yaxındır həbs cəzası çəkən keçmiş OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, 21 il həbsdə olan, “Qarabağ partizanı” adı ilə məşhurlaşan Məmməd Məmmədov barələrindəki ömürlük cəzanın müddətli cəza ilə əvəzlənəcəyi barədə fikirlər səsləndirilir. Amma “ömürlük”lərin problemi həll edilmir.
Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, ömürlük OMON-çular da, “Qarabağ partizanları”da, “Qaranquşlar” da humanizm gözləyir: “Onsuz da həbsdəki ömürlüklər xəstədirlər. Heç olmasa, azadlıq havasını ömürlərinin bundan sonrakı hissəsində udsunlar. Qarabağ döyüşlərində onlar iştirak ediblər. Elçinin başının yarısı plastmasdır. Onlardan cəmiyyətə nə zərər gələcək? Ümid edirik ki, ən nəhayət, biz onları azadlıqda görə biləcəyik. Biz cənab Prezidentin hər zaman humanistliyinin şahidi olmuşuq. Bu adamlar ömürlərinin böyük hissəsini həbsdə keçiriblər. Onların artıq azadlığa buraxılmalarına çox böyük ehtiyac var. Onlar cəzalarını artıqlaması ilə çəkiblər”.
Qeyd edək ki, Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var, onlar hamısı qapalı tipli Qobustan həbsxanasında saxlanılır. Məhbusların əksəriyyəti zamanında güllələnməyə məhkum edilib, amma 1998-ci ildə bu hökm ömürlük həbslə əvəz edilib.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ