Onlayn ictimai-siyasi qəzet
"Şükür ki, hər şey qaydasındadır. Ümumiyyətlə, bu günə qədər sağlamlığımda ciddi bir problem yaşamamışam".
Musavat.com bildirir ki, bu sözləri müğənni Vəfa Şərifova barəsində yayılan "öldü" xəbərinə münasibət bildirərkən deyib.
Müğənni sağlamlığındakı problemlərə bu cür aydınlıq gətirib:
"Artıq ikinci dəfədir ki, müəyyən problemlər baş verir. Birinci dəfə elə düşündüm ki, arıqlamaq üçün istifadə etdiyim dərmanlar təsir edib. Amma artıq uzun müddətdir ki, həmin dərmanlardan istifadə etmirəm və yenidən bu problemi yaşadım. Əsas odur ki, indi yaxşıyam. Mənim ölüm xəbərini yayanlara isə demək istərdim ki, ölməmişəm, sağam. O qədər öldüyüm barədə xəbərlər yayırsınız ki, axırda, həqiqətən, öləndə buna heç kim inanmayacaq".
Xatırladaq ki, bu gün müğənni Vəfa Şərifovanın vəfat etdiyi barədə sosial mediada məlumat yayılıb. Məlumatı yayan isə prodüser Sultan Mustafayev olub.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ