Onlayn ictimai-siyasi qəzet
İsrail hərbçiləri Qəzza zolağında həyata keçirilən əməliyyat çərçivəsində bütün səylərini HƏMAS qruplaşmasının əsas liderlərindən biri, 7 oktyabr hücumunun təşkilatçısı Yəhya Sinvarın tapılmasına yönəldib. İsrail kəşfiyyat cəmiyyətinin fikrincə, girovların mübadiləsində gecikmələrə görə bu şəxs baiskardır. Hazırda o, Qəzzada ən çox axtarılan adamdır.
İsrail rəsmiləri düşünürlər ki, Sinvarın mümkün məhvi təkcə HƏMAS-ın ruhunu qırmaz, həm də baş nazir Benyamin Netanyahunun reputasiyasını bərpa edə bilər.
Qərb mediasının yazdığına görə, hazırda İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatının başlıca məqsədi Sinvarın ya diri ələ keçirilməsi, ya da məhv edilməsidir. Fələstin radikal hərəkatının 61 yaşlı veteranı Sinvarın Qəzza zolağının ikinci ən böyük şəhəri olan Xan Yunisin tunel sistemində gizləndiyi güman olunur.
İsrail Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmisi bu barədə qəzetçilərə danışarkən deyib: “Onu oyundan çıxarmalıyıq. Məqsəd budur və bu, tamamilə mümkündür. HƏMAS batalyonlarının əhval-ruhiyyəsi zəifləyir. Sinvarı sıradan çıxarsaq da, çıxarmasaq da, onların əzmini qıracağıq. Amma biz onu məhv etsək, bu, daha tez baş verəcək”.
Sinvar 20 ildən çox həbsxanada yatıb və 2011-ci ildə İsrail əsgəri Gilad Şalit 1000 fələstinli məhbusun qarşılığında HƏMAS-ın zindanından azad edildikdən sonra sərbəst buraxılıb. Kəşfiyyat məlumatlarına görə, Sinvar məhz həbsxanada yatarkən İsraillə qarşıdurma konsepsiyasını təkmilləşdirib. Azad olan döyüşçü Fələstinin “Safa Press” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, yəhudi dövlətinə hərbi təzyiq üçün ən yaxşı variant mümkün qədər çox İsrail əsgərini qaçırmaqdır.
O zaman onunla ünsiyyətdə olan insanların dediyinə görə, Sinvarda hərbi xidmətin populyarlığının İsrail cəmiyyətində güc deyil, zəiflik ola biləcəyinə inam var. Görünür, o, İsrailin Gilad Şaliti 1000 məhbusa dəyişdirməsindən şirnikib.
İsrail rəsmiləri hesab edir ki, 7 oktyabr hücumunu bir qrup yaxın adamı ilə birlikdə planlaşdıran Sinvar olub. Onların arasında HƏMAS-ın silahlı qanadının komandiri Məhəmməd Deif və onun müavini Mərvan İsa da var. İndi Sinvarın məhbus mübadiləsi cəhdləri zamanı taktikanın gecikdirilməsinə görə məsuliyyət daşıdığı güman edilir. “The Wall Street Journal”ın Misir mənbələrinə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı Sinvar Benyamin Netanyahu hökumətinə təzyiq göstərmək üçün bir neçə gün rabitəni kəsib.
İndi o, HƏMAS daxilində qərar vermə mexanizminə nəzarət edən mərkəzi şəxsdir. İsrail kəşfiyyatının məlumatına görə, Fələstin qrupunun siyasi bürosunun rəhbəri İsmayıl Haniyə hazırda Qətərdə, müavini Saleh Aruri isə Livandadır. Rəsmilər iddia edir ki, normal vaxtlarda Qəzza zolağı ətrafında ən mühüm qərarlar HƏMAS-ın əsas fiqurları arasında kollektiv şəkildə qəbul edilsə də, indi Sinvar və onun yaxın çevrəsinin üzvləri, ona yaxın olan şəxslər döyüşləri kamera formatında idarə edirlər.
Buna baxmayaraq, Qərb nəşrlərindəki mənbələr Sinvarın məhbus mübadiləsini davam etdirməkdə maraqlı olduğunu, lakin öz şərtləri ilə Netanyahu hökumətini buna əməl etməyə inandırmaq istədiyini açıqlayır. Məhkəmə “Qəzzanın ən çox axtarılan adamı” üçün sırf şəxsi məsələ ola bilər. 2011-ci ildə azad edildikdən sonra fələstinli komandirin İsrail nəzarətində qalanlara onlar üçün döyüşəcəklərinə söz verdiyi barədə şayiələr yayılıb.
Bir gün əvvəl İsrailin təhlükəsizlik sidməti “Şin Bet” HƏMAS hökumətinin keçmiş rabitə naziri Yusuf əl-Mansinin dindirilməsinin videosunu yayıb və o, kamera qarşısında Sinvarın Fələstin cəmiyyətində heç bir dəstəyi olmadığını söyləyib. Əl-Mansi deyib: "Qəzza zolağını məhv edən Sinvarın başçılıq etdiyi bir qrup dəli idi. Onlar Qəzzanı 200 il geriyə atdılar. Heç kim Sinvarı sevmir. Elə insanlar var ki, gecə-gündüz dua edir ki, Allah bizi ondan qurtarsın”.
İsrailin istefada olan general-mayoru Amos Gilad bildirib ki, oktyabrın 7-də İsrailə hücumun müvəffəqiyyətinə baxmayaraq, Sinvar ən azı iki səhv edib. Onun sözlərinə görə, HƏMAS rəhbərliyinin ilkin ideyası münaqişənin İran və “Hizbullah” qruplaşmasının iştirak etdiyi regional müharibənin başlanğıcı olması idi. İkinci hesablama İsrailin beynəlxalq səviyyədə qınaq qorxusundan Qəzza zolağında genişmiqyaslı əməliyyat keçirməyəcəyinə əsaslanırdı. Gilad Sinvarın yeni taktikasını analiz edərək deyib ki, indi onun strategiyası vaxt qazanmaqdır. General-mayor da əmindir ki, İsrailin Sinvarı məhv etməkdən başqa seçim yoxdur.
İsrail rəsmiləri bunu açıq şəkildə deməsələr də, Netanyahu hökuməti daxilində belə bir fikir var ki, Sinvarın sıradan çıxarılması təkcə Qəzza zolağında silahlı münaqişənin kəskin mərhələsinə son qoymağa deyil, həm də İsrailin baş nazirinə ictimai etimadı bərpa etməyə kömək edə bilər. Yəhudi dövlətini cənubdan hücuma hazır olmadığına görə günahlandırmaq adi hala çevrilib. Adı açıqlanmayan ərəb rəsmilərindən biri “Axios”a etiraf edib ki, Sinvar aradan qaldırılarsa, bu, atəşkəsə nail olmağı asanlaşdıracaq.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ