Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma tarixi: 28.04.2024 (16:23)
Milli siyasət üzrə ekspert Sülhəddin Əkbərin "Milli ideologiyanın və milli-ideoloji siyasətin əsasları" kitabının təqdimatı olub.
Musavat.com xəbər verir ki, Sülhəddin Əkbər kitabın ərsəyə gəlməsindən, yazılması səbəblərindən danışıb.
![]()
Müəllif qeyd edib ki, milli ideologiya bütün milləti və dövləti birləşdirən məsələdir.
Sülhəddin Əkbər bildirib ki, bu, akademik əsərdir, kitabda ölkənin milli təhlükəsizliyi, milli kimliyi, ölkənin milli-ideoloji hədəfləri ilə bağlı əhatəli, geniş məqamlar yer alıb. Onun sözlərinə görə, bu, gələcək nəsillər üçün də böyük əhəmiyyət kəsb edən faydalı elmi kitabdır.
S.Əkbər geniş çıxışında ölkənin milli-ideoloji əsaslarının formalaşmasından, boşluqlardan, görülməli işlərdən, prioritet məsələlərdən danışıb, o cümlədən akademik çevrələrdə, xüsusən tələbələr arasında bu kitabın faydalı ola biləcəyini açıqlayıb.
Daha sonra kitabın elmi-texniki redaktoru, ardınca jurnalistlər, elm adamları çıxış ediblər, öz fikirlərini bölüşüblər. Kitabın təqdimatından sonra geniş müzakirələr aparılıb, milli-ideoloji sahədə olan problemlərdən, milli dövlət siyasətinin necə olmasından danışılıb.
Qeyd edək ki, tədbirdə ictimai-siyasi fəallar, jurnalistlər, elm adamları, analitiklər iştirak ediblər.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ