Onlayn ictimai-siyasi qəzet
Fransada Yay Olimpiya Oyunlarında iştirak etmək üçün gələn və Olimpiya kəndində yaşayan idmançılar qida çatışmazlığından şikayətləniblər.
Musavat.com xəbər verir ki, bu barədə L'Equipe qəzeti məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü il Olimpiya Oyunlarının iştirakçıları üçün nəzərdə tutulan bir sıra məhsulların ehtiyatları gec-gec dəyişdirilir. Xüsusilə idmançılar qızardılmış ət və toyuq yumurtasına ehtiyac duyurlar. Əldə edilən məlumata görə, bəzi idmançılar təklif olunan qidanın miqdarından da şikayət ediblər.
Nəşrin məlumatına görə, artıq təşkilatçılar müəyyən qidaların paylanmasına nəzarət etməyə başlayıblar. Onlar həmçinin “idmançıların ehtiyaclarını ödəmək” üçün məhsulların həcmini artırıblar.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Nigar,
Musavat.com
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ