İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiya çempionu Mask, Tramp və Roulinqi məhkəməyə verir

Yazıçı Coanna Roulinq (Harri Potter haqqında romanların müəllifi-red.) və iş adamı İlon Mask Əlcəzairli boks üzrə olimpiya çempionu İman Xelifin X sosial şəbəkəsinə qarşı qaldırdığı cinayət işinin fiqurantına çevriliblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə boksçunun vəkili Nabil Budi mediaya danışıb.

Vəklin sözlərinə görə, onun müvəkkili “ağır kiberhücum hərəkətləri” ilə üzləşib. Şikayət Paris Dövlət Prokurorluğu yanında İnternet Nifrəti ilə Mübarizə Mərkəzinə verilib. Şikayətdə konkret adlar çəkilsə də, araşdırmadan sonra ittiham tərəfinin lazım bildiyi hər kəs işə cəlb oluna bilər.

Budi əlavə edib ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp da istintaqa cəlb olunacaq.

“İddiamızda onun adının çəkilməsindən asılı olmayaraq şübhəsiz ki, ittihamın bir hissəsi kimi nəzərdən keçiriləcək”, - deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR