İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiadanın bağlanış mərasimində onlar çıxış edəcək

Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimində musiqi ulduzları Billi Eiliş, Snup Dogg və Red Hot Çili Peppers çıxış edəcəklər.

Bu barədə "Variety" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ifaçıların bu seçimi onların növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi ABŞ-la bağlı olması ilə izah olunur.

Snup Doq Olimpiya məşəlinin estafetində iştirak edib və musiqiçi də mütəmadi olaraq müxtəlif müsabiqələrə qatılır.

Qeyd edək ki, olimpiadanın açılışı ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham edilib. İyulun 28-də tədbirin təşkilatçıları heç kimi incitmək istəmədiklərini bildirərək üzr istəyiblər.//Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR