İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiadada biabırçılıq: Bu dəfə bayraqları səhv saldılar

2024-cü il Yay Olimpiya Oyunlarının təşkilatçıları 92 kq çəkidə kişilər arasında boks turnirinin qalibi və mükafatçılarının mükafatlandırılması mərasimində səhv edərək bayraqları qarışdırıblar.

Musavat.com xəbər verir ki, bu barədə Championship.com yazır.

Qızıl medalı özbəkistanlı Lazizbek Mullajonov qazanıb. Bürünc medallar isə yarımfinalda uduzan Enmanuel Reyes Pla (İspaniya) və Davlat Boltaevə (Tacikistan) nəsib olub.

Mükafatlandırma mərasimində təşkilatçılar Tacikistanın bayrağı əvəzinə Tailandın bayrağını qaldırıblar.

Avqustun 5-də Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının təşkilatçıları yarışların mükafatlandırılması prosedurunun protokolunu pozub, nəticədə iki idmançı fəxri kürsünün eyni pilləsinə qalxıb. Çinli Zhang Boheng və Çin Taybeyasının idmançısı Çia-Hunq Tang üfüqi qaldırma hərəkətlərində bürünc medal qazanıblar.

Qaydalara əsasən, iştirakçıları bir yer tutan ölkələrin bayraqları eyni səviyyədə olmalıdır. Lakin bu halda təşkilatçılar Çinin bayrağı altında Çin Taybeyinin bayrağını asıblar ki, bu da müvafiq olaraq Olimpiya Oyunlarının reqlamentinin pozulması deməkdir.

@@TVmusavat/92697@@

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR