İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiadada 9 sual səhv olub?- Rəsmi açıqlama

“Fevralın 23-də Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turu zamanı olimpiada iştirakçılarına təqdim olunan 30 tapşırıqdan 7-si səhv, 2-si isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyən mövzulardan tərtib olunub. Bununla da 30 tapşırıqdan 9-u səhv olub”.

Musavat.com “BakuPost”a istinadən xəbər verir ki, bu iddiaları riyaziyyat elmləri doktoru, professor Rəşid Əliyev səsləndirib.

O bildirib ki, ARTİ tərəfindən təşkil olunan bu olimpiadalarda iştirakçıların apellyasiya hüququ da yoxdur.

Bundan başqa, Rəşid Əliyev qeyd edib ki, çoxsaylı müraciətlərdən sonra Olimpiadanın Təşkilat Komitəsi 4 tapşırığın səhv olduğunu etiraf edərək, bu tapşırıqlar üzrə olimpiada iştirakçılarının hər birinin cavabını doğru qəbul edib.

Məsələ ilə bağlı Təhsil İnstitutuna sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə belə cavab verildi:

“9 sualın səhvliyi ilə bağlı iddia əsassızdır. Dörd sualda kiçik texniki problem olub və bütün iştirakçıların lehinə həll olunub”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR