İnsanlara hürriyət, millətlərə istiqlal!

"Öləndə "simpatiçni" ölmək istəyirəm" - Rasim Balayev 

"Azərbaycan kinosunun pis vəziyyətə düşməyinin obyektiv və subyektiv səbəbi var: ola bilsin sənətkarlar dünyasını dəyişsin, yenilər gəlsin. Sənətkar dünyasını dəyişə bilər, amma sənət ölə bilməz. Biz tənəzzül dövrü yaşayırıq. İndi hamı komanda şəklində çalışır ki, bu vəziyyətdən çıxaq. Buna illər lazımdır. Müəyyən işlər görülməlidir. İnanıram kinomuz öz yolunu tutacaq".

Bu sözləri Xalq artisti Rasim Balayev "Xəbərin olsun" proqramında deyib.

Aktyor Azərbaycan kinosundan danışıb:

"30 il əvvəlki Rasim deyiləm. Bu gün həyata baxışım, təcrübəm, öyrəndiyim geniş şeylər var. Bunu həyata keçirtmək üçün mənə yaxşı rol lazımdır. Tələsirəm ki, ömrüm buna yetməz. Yaşlı vaxtımda yaxşı rol istəyirəm. Allah hər insana müəyyən ömür qismət edir. O qədər özünə baxan, gənc həyatdan gedən gördüm. Özünə baxmayan isə 90 yaş yaşadı. Arzu edirəm ki, elə vəziyyətə gəlib çatmayım ki, yorğan-döşəyə düşüm. Öləndə də "simpatiçni" ölüm. Kiməsə əziyyətə verməyim. Ləzzətli ölüm". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR