İnsanlara hürriyət, millətlərə istiqlal!

Olaf Şoltsun SS-çi babası - nasist general Qafqazı ələ keçirmək istəyib

O, protestant kilsəsində xaç suyuna (vəftiz) çəkilib, lakin sonradan inancından dönüb. Kansler vəzifəsinə başlayanda konstitusiyanın mətnində “Mənə kömək et, Allahım” ifadəsini oxumayıb və heç bir dinə mənsub olmayan ilk hökumət başçısı olub. Almaniya kansleri Olaf Şolstun həyatı barədə çox da geniş məlumat yoxdur.

Gizli ailə tablosu

Kanslerin atası və anası tekstil sənayesində işləyib. Onun iki kiçik qardaşı var: 62 yaşlı Yens anestezioloq, 60 yaşlı İnqo isə informasiya texnologiyaları sahəsində sahibkardır. Valideynlərinin uzun müddətdir boşandığı, özünün də dəbdə olan “uşaqsız həyat” hərəkatının tərəfdarı olduğu barədə mətbuatda məlumat dərc edilib.

b1c2c896-dcd7-440f-ac89-206e7d36509a.jpg (129 KB)

Olaf özü 2021-ci ilin sentyabrında seçki çıxışlarından birində bildirib ki, o və qardaşları bir-birini açıq müzakirə etməmək və ailə həyatını gizli saxlamaq barədə razılığa gəliblər. Şəxsi həyatı ictimaiyyətə nümayiş etdirmək istəməmək normaldır, amma şübhə yaranır ki, bəlkə gizlətmək üçün nəsə var?
Lakin mətbuatda araşdırma zamanı məlum olub ki, Olaf Şoltsun babası Fridrix Karl Maks Şolts Hitlerin dövründə SS-də general-leytenant (qruppenfürer) olub. Fridrix Maks Karl Şolts Avstriya-Macarıstan imperator artilleriyasının general-mayoru Ferdinand Şolts və həyat yoldaşı Karolin Şoltsun ailəsində anadan olub.

1914-cü ilin iyulunda Avstriya-Macarıstan ordusuna, artilleriya alayına ümumi səfərbərliyə çağırılıb. 1915-ci ilin mayında ona leytenant rütbəsi verilib, Rusiya və İtaliya cəbhələrində döyüşüb. 1917-ci ilin noyabrında ober-leytenant rütbəsinə yüksəlib. Müharibə illərində iki ordenlə təltif edilib. 1921-ci ildə o, Sileziyadakı Freikorps Oberland könüllülər korpusuna qoşulub, kommunist və polyak birləşmələrinə qarşı döyüşüb.

Baba Şolts Qafqazı ələ keçirmək istəyib

ca88a2b6-73ac-471c-b479-cd1ac7bf053a.jpg (50 KB)

Fridrix Maks Karl Şolts 1930-cu illərdə Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olub. 1936-cı ildən paritya üzvlərinin siyahısında o, unterşturmführer kimi qeyd edilib. 1939-cu ildə II dünya müharibəsi başlayanda o, artıq şturmbannfürer rütbəsi alıb və “Der Fyurer” alayının batalyonlarından birinin komandiri olub.

Baba Şolts “Nordland” motorlu alayının komandiri kimi Fransaya hücumda iştirak edib. O, hər iki dərəcəli “Dəmir Xaç” ordeni ilə təltif edilib.

790a7441-089b-43cd-9217-5db450e3f079.jpg (462 KB)

1941-ci ilin yayında baba Şolts Norveç, Danimarka və Finlandiyadan olan könüllülərin əsasında qurulmuş “Vikinq” elit tank diviziyasına komandanlıq etmək üçün şərq cəbhəsinə göndərilib. O, Ukraynanın ələ keçirilməsində, Kuban və Qafqaza hücumda fəallıq göstərib.

1943-cü ilin qışında Şolts Leninqrada köçürülüb və orada general-leytenant rütbəsi alıb. 1944-cü ilin yayında Narva yaxınlığında yüksək rütbəli SS zabiti başından qəlpə yarası alıb və iyulun 28-də ölüb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR