Onlayn ictimai-siyasi qəzet
Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yanıb.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Hadisə yerində Oğuz və Şəkidən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və 4 yanğınsöndürən texnika cəlb olunub.
Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır. (Report)
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ