Onlayn ictimai-siyasi qəzet
Muğlada ayrıldığı ərindən oğlunu görmək üçün evinə gedən 47 yaşlı qadın içəri girdikdən sonra qapını bağlayan oğlu tərəfindən boğazından və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Bodrum rayonunda 47 yaşlı Figen Bezmez mübahisə zamanı oğlu D.D.-nin hücumuna məruz qalıb.
Qaçmaq cəhdləri nəticəsiz qalan Figen Bezmez boğazından və bədəninin müxtəlif yerlərindən bıçaq xəsarətləri alıb. Az sonra Bezmez çətinliklə ayağa qalxaraq bağlı qapını açıb, çölə çıxıb və kömək istəyib.
Hadisə yerinə təcili yardım briqadası gəlib. Onun həyatını xilas etmək mümkün olmayıb.
D.D. polis tərəfindən saxlanılıb. Qətllə bağlı araşdırmalar başlayıb.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ