İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlunu itirən tanınmış müğənninin son görüntüsü pərəstişkarlarını KƏDƏRLƏNDİRDİ

Türk xalq musiqisinin tanınmış ifaçısı İzzet Altınmeşe uzun fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb.

Musavat.com xəbər verir ki, 2021-ci ildə oğlu Ali Murat Altınmeşeni itirdikdən sonra gözlərdən uzaq bir həyat sürən sənətkarın son halı sosial mediada böyük rezonans doğurub.

MURATT.jpg (69 KB)

Sənətkarın son görüntüsü pərəstişkarlarını kədərləndirib.

İzzet Altınmeşenin pərəstişkarları sosial mediada yazıblar:

“Adam çox çöküb”.

“Yazıq, çox yaşlanıb”.

“Yolda görsəm, tanımazdım”.

79 yaşlı Altınmeşe bu ilin may ayında anju əməliyyatı keçirib. Sənətkar son dəfə kiçik oğlu Fırat Altınmeşenin toy mərasimində görüntülənmişdi.

İzzet Altınmeşe 26 oktyabr 1945-ci ildə Diyarbəkirdə dünyaya gəlib. Altınmeşenin 100-ə yaxın mahnısı, eləcə də öz söz və musiqisinə aid əsərləri var.

İZET.jpg (29 KB)

O, 7 bədii filmdə rol alıb. “Eşref saati” serialında “Alemdar Ağa” obrazını canlandırıb. 2021-ci ildə isə “Gönül dağı” serialının 40-cı bölümündə qonaq aktyor kimi iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR