Onlayn ictimai-siyasi qəzet
Müğənni İlqar Xəyal "Səs Azərbaycan" verilişində iştirakçı olan oğlu Teymur Hənifəyevlə bağlı açıqlama verib.
Bu barədə sənətçi "Qonaqcanlı"da danışıb.
"Aydın məsələdir ki, mənim repertuarımla böyüyüb. Mənim oğlum Bülbül məktəbində 11 il oxudu. Onun yalnız buraxılış imtahanına getdim. Məktəbin direktoru Xalq artisti Teymur Göyçayev məni gördü, dedi, burada nə edirsən? Dedim ki, oğlumun buraxılış imtahanına gəlmişəm. Soruşdu ki, oğlun burada oxuyur? Dedim, hə. Mən heç kimə oğlum üçün nə xahiş, nə də zəng etmişəm. Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var. Dəstək evdə məsləhət vermək, məşq etmək, reperturar seçimi etməkdir", - deyə, İ. Xəyal bildirib.
Qeyd edək ki, Teymur yarışmada Xalq artisti Röya Ayxanın komandasındadır. (olay)
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ