Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Yəmənə zərbələri ilə bağlı məlumat sızması xəbərindən sonra Ağ Evdə ölkənin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun gələcəyi ilə bağlı aktiv müzakirələr aparılır.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Politico" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Uoltsun istefası istisna edilmir. Lakin hələlik heç bir qərar verilməyib. Ağ Ev rəsmiləri xəbərdarlıq ediblər ki, Prezident Donald Tramp məlumatların sızması ilə bağlı xəbərlərdən sonra baş verənləri izləyərək yaxın və ya iki gün ərzində yekun qərar verəcək.
Ağ Evin digər yüksəkrütbəli köməkçiləri hesab edirlər ki, Uolts prezidenti utancverici mövqeyə qoymamaq üçün istefa verməlidir.
Qəzet rəsmilərdən birinin sözlərindən sitat gətirir: "Həmin qrupda kimin olduğunu yoxlamamaq ehtiyatsızlıq idi. Bu söhbəti "Signal"da aparmaq da ehtiyatsızlıq idi. Milli təhlükəsizlik müşaviri ehtiyatsız ola bilməz".
Xatırladaq ki, "The Atlantic" jurnalının baş redaktoru Cefri Qoldberq ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts tərəfindən Yəməndə husilərə qarşı çox məxfi hərbi əməliyyatları müzakirə etmək üçün yaradılan çata əlavə edilib.
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ