Onlayn ictimai-siyasi qəzet
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin bugünkü çıxışı maraqla qarşılanıb.
Musavat.com xəbər verir ki, o, ali təhsil müəssisələrinə ötənilki qəbul imtahanının nəticələri ilə bağlı keçirilən tədbirdə jurnalistin replikasını cavablarkən
bildirib ki, bəzi dövlət sifarişli ixtisaslara kim gəlirsə, dövlət öz hesabına mütəxəssis olmaq üçün onlara pul xərcləməyə hazırdır. Bu, kənd təsərrüfatına aid ixtisaslar, o cümlədən, baytarlıq ixtisasıdır.
Bu zaman zalda əyləşənlərdən biri “O balla inəyi öldürəcəklər?”,- deyə bildirib. M. Abbaszadə ona cavab verib: “Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...”.
Onun çıxışı zaldakılar tərəfindən alqışlanıb.
Musavat.com
15 Iyul 2025
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ