İnsanlara hürriyət, millətlərə istiqlal!

“O aparıcı indi pis gündədir” - Müğənnidən qalmaqallı etiraf

“İndi efirlərdə yoxdur, həyatı boyunca da olmayacaq. Çünki Allaha tapşırmışam”.

Bu sözləri müğənni “Elit star” Cəmilə "Tarixin bir günü" verilişində qonaq olarkən səsləndirib. İfaçı bir müddət əvvəl qəlbinə dəyən aparıcıdan söz açıb:

“Mən ona bir dəfə efirdə dedim ki, atam, sən məgər dənizə xalatla gedirsən? Yoxsa şalvarla çimirsən? Bu sualı ona vermişdim. İndi pis gündədir. Çünki Allah göydən görür, mələklər də eşidir. Heç vaxt heç kəsin xətrinə dəymək olmaz. Onun-bunun xətrinə dəyə-dəyə reytinq xətrinə indi oturub televiziyaya evdən baxır. Özü də elə bir günə düşüb ki, Allah köməyi olsun”.

Qeyd edək ki, Cəmilə Bayramova sözügedən aparıcının adını çəkməyib./Yenisabah.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR