İnsanlara hürriyət, millətlərə istiqlal!

"O, ailə quranda anam dedi ki, arvad olmaq istəyirsənsə..." - Manaf danışdı - VİDEO

"Övladlarımızı evləndirmişik. Nəvələrimiz də var. Bir arzum var, o da həyat yoldaşımla bu dünyadan birlikdə köçək. O da Allah bilən məsləhətdir".

Bu sözləri müğənni Manaf Ağayev "7 tamam" verilişində deyib. İfaçı həyat yoldaşından danışıb:

"Sevgidən danışmaq yaşıma yaraşmaz. Amma bizim aramızda həmin hörmət hələ də var. Yenə dünyaya gəlsəm, yenə onunla ailə qurardım. Çətin adamam, hər qadının işi deyil məni yola versin. O, ailə quranda anam dedi ki, arvad olmaq istəyirsənsə, onunla ayaqlaş. Mənimlə hamı yola getməz, ancaq o getdi. Ona təşəkkür edirəm ki, övladlarıma gözəl ana oldu. Bu gün baxıb deyirəm ki, ilahi, məndən xoşbəxt ata var? Övladlarıma 1 həftə də zəng etməsəm, rahatam. Vaxt var idi onları mənə görə tanıyırdılar. Amma indi deyirlər, Elçinin atasıdır". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR