İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nürnberq" klubunun idman direktoru: "Mahir beynəlxalq səviyyədə təcrübəli hücumçudur"

"Biz Mahir Emrelinin keyfiyyətinə əminik".

Bu barədə "Nürnberq" klubunun idman direktoru Ksoti Xaçialeksiu klubun rəsmi saytına açıqlamasında deyib.

"Mahir beynəlxalq səviyyədə təcrübəli hücumçudur və əvvəlki klublarında məqsədinin nə olduğunu nümayiş etdirib. "Nürnberq" olaraq bu kateqoriyada bir oyunçu ilə müqavilə imzalamağımız bizi qürurlandırır. Biz Mahiri səbirsizliklə gözləyirik və onun sağalma prosesində mümkün olan ən yaxşı dəstəyi göstərəcəyik".

Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubun mətbuat xidmətinə açıqlamasında danışıq apardığı müddətdə klub barədə məlumat topladığını bildirib: "Tezliklə meydançaya qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Tez sağalmağım üçün klubda yaxşı şərait var. Burada vaxtımı səbirsizliklə gözləyirəm", - o qeyd edib.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR