İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzlu bankdan Avropa valyutası üçün bədbin proqnoz: İlin sonunadək...

Morgan Stanley analitikləri avronun ucuzlaşacağını proqnozlaşdırırlar.

Musavat.com bankın hesabatına istinadən xəbər verir ki, ekspertlər yaxın aylarda Avropa valyutasının ABŞ dolları ilə paritetə yaxınlaşacağını düşünürlər.

Onlar Avropa Mərkəzi Bankının(ECB) növbəti üç iclasda əsas faiz dərəcələrini aşağı salacağını gözləyir və görüşlərin birində avrozonada iqtisadi aktivliyin zəifləməsi siqnallarını nəzərə alaraq dərəcələrin birdən-birə 50 faiz bəndi azaldılması imkanını istisna etmirlər.

Morgan Stanley-də valyuta strategiyasına cavabdeh olan Devid Adamsın proqnozuna görə, bu ilin sonuna kimi avro/dollar məzənnəsi 1,02 dollara qədər ucuzlaşacaq. Bu, indiki səviyyədən təxminən 7 faiz aşağıdır.

Bloomberg-in sorğusuna qatılan analitiklərin konsensus proqnozu avronun bu ilin sonuna kimi dollar qarşısında möhkəmlənərək 1,11 dollara çatacağını göstərir.

Bazar 2024-cü ilin sonuna qədər ECB-nin faizləri təxminən 60 faiz bəndi, Federal Ehtiyat Sisteminin isə 110 faiz bəndi azaldacağını gözləyir.

Adams treyderlərin gözləntilərinin dəyişə biləcəyinə inanır.

ECB-nin iclası sentyabrın 12-də baş tutacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR