Onlayn ictimai-siyasi qəzet
Moody's beynəlxalq reytinq agentliyi xəbərdarlıq edib ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri ölkənin artan borc yükü və yüksək faiz dərəcələrinin öhdəsindən gəlmək qabiliyyətinə mane ola bilər.
Musavat.com agentliyin hesabatına istinadən xəbər verir ki, agentlik 2023-cü ilin noyabrında ABŞ-ın ən yüksək "AAA" səviyyəsində olan reytinqinə mənfi proqnoz təyin etdikdən sonra "ölkənin fiskal dayanıqlığı çoxillik eniş trayektoriyasındadır".
Eyni zamanda agentliyin analitikləri ABŞ-ın fövqəladə iqtisadi sabitliyini, qlobal maliyyə sisteminin dayağı kimi dollar və dövlət istiqrazları bazarının rolunu vurğulayıblar. Lakin onlar deyirlər ki, Tramp administrasiyasının siyasətləri, o cümlədən kütləvi tariflər və vergilərin azaldılması planları hökumətin gəlirlərinə xeyirdən çox zərər verə bilər:
"Daim yüksək tariflərin, maliyyələşdirilməmiş vergilərin azaldılmasının və iqtisadiyyat üçün əhəmiyyətli risklərin kredit reytinqlərinə potensial mənfi təsiri ABŞ-ın əhəmiyyətli üstünlüklərinin genişlənən büdcə kəsirini kompensasiya etməyə davam edəcəyi perspektivlərini pisləşdirib. Real fiskal zəifliyin hətta çox əlverişli iqtisadi və maliyyə ssenariləri altında da davam edəcəyi ehtimal olunur".
Sentyabrın 30-da başa çatan maliyyə ili üçün ABŞ-ın büdcə kəsiri əvvəlki ilə nisbətən 8 faiz artaraq 1,8 trilyon dollar təşkil edib.
Agentlik bildirir ki, hətta ən müsbət iqtisadi və maliyyə ssenariləri belə "ABŞ-ın fiskal dayanıqlığının pisləşməsinin onun fövqəladə iqtisadi gücü ilə artıq tam kompensasiya edilə bilməyəcəyi riskləri"n tam aradan qaldırılmasını nəzərdə tutmur.
Analitiklərin fikrincə, dünyanın ən böyük iqtisadiyyatı "güclü və dayanıqlı olaraq qalacaq", lakin "hökumətin ticarət, immiqrasiya, vergilər, federal xərclər və tənzimləmə siyasəti ABŞ və qlobal iqtisadiyyatın hissələrini əhəmiyyətli uzunmüddətli nəticələrlə yenidən formalaşdıra bilər".
Moody's Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin bu ilin sonuna qədər 3,75 – 4 faiz diapazonunda olacağını proqnozlaşdırır.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ