İnsanlara hürriyət, millətlərə istiqlal!

Novxanı yolundakı qəzada ölən 23 yaşlı Fəridin FOTOSU

Abşeronda ölümlə nəticələnən ağır qəza olub.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Həşimov Fərid İftixar oğlu idarə etdiyi "Daewoo Gentra" markalı avtomobillə Abşeron rayonu, Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və əks yola çıxıb.

Nəticədə həmin yolda hərəkətdə olan 1986-cı il təvəllüdlü Eynullayev Zaur Eynulla oğlunun idarə etdiyi "Ural 4320" markalı yük avtomobili ilə toqquşması nəticəsində Fərid Həşimov və onun maşınında olan sərnişin, 1989-cu il təvəllüdlü Xudiyev Emin Cahangir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR