İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveçin baş naziri: “Mask başqa ölkələrin daxili işlərinə qarışır”

Norveçin baş naziri Yonas Qar Støre amerikalı milyarder və sahibkar İlon Maskın üçüncü ölkələrin daxili siyasi məsələlərinə qarışmasından narahatlığını ifadə edib.

Musavat.com xəbər verir ki, onun sözlərini NRK sitat gətirib.

Baş nazir Almaniya və Böyük Britaniyanı nəzərdə tutaraq, "sosial mediaya böyük çıxışı və böyük iqtisadi resursları olan bir insanın digər ölkələrin daxili işlərinə belə birbaşa müdaxiləsini" narahatedici hesab etdiyini söyləyib.

"Demokratiya və müttəfiqlər arasında belə olmamalıdır", - Yonas Qar Støre deyib.

Bundan əvvəl İlon Mask demişdi ki, Almaniyanı yalnız sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası hakimiyyətə gəlməsi xilas edə bilər. Bundan sonra “Der Spiegel” jurnalı yazıb ki, Almaniya kansleri postuna namizədlər Olaf Şolts, Fredrix Merz və Robert Habek “Almaniya üçün Alternativ” partiyasını dəstəkləməsindən sonra amerikalı milyarder İlon Maskı “yerində oturtmalı”dırlar.

Noyabrın 25-də Mask Böyük Britaniyanı “tiran polis dövləti” adlandırıb. “Politico”nun qeyd etdiyi kimi, öz bəyanatı ilə sahibkar Keyr Starmer və partiyasının reytinqlərinin aşağı düşməsi fonunda Birləşmiş Krallıqda yeni ümumi seçkilərin keçirilməsini tələb edən petisiyanı dəstəkləyərək Britaniya hökuməti ilə “müharibəsini davam etdirib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR