İnsanlara hürriyət, millətlərə istiqlal!

“Crocus” terroru ilə bağlı saxlanılan şəxsin mənzilinə və avtomobilinə həbs qoyuldu

Rusiyada Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalında törədilən terror aktında iştirakda təqsirləndirilən Əlişir Qasımovun əmlakına həbs qoyub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə işin materiallarında deyilir.

“Təqsirləndirilən Ə.Q-nın əmlakına həbs qoyulub. Bu, Krasnoqorsk şəhər rayonunda kadastr dəyəri 7,7 milyon rubldan çox olan bir mənzil, həmçinin dəyəri 1,8 milyon rubl olan “Mitsubishi Carisma” avtomobilidir. Məhkəmə bu əmlaka sərəncam verilməsini və onunla əməliyyatların aparılmasını qadağan edib”, - iş materiallarında deyilib.

Materiallarda göstərilib ki, həbs mülki iddianın təmin edilməsi və əmlakın mümkün müsadirəsi üçün qoyulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR