İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveçdə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkə qadağası

Norveç hökuməti sosial media istifadəçiləri üçün ciddi yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, indi 15 yaşdan kiçik uşaqlar sosial şəbəkədən istifadə edə bilməyəcəklər.

Baş nazir Yonas Qahr Stere deyib ki, siyasətçilər uşaqları sosial mediadakı zərərli məzmunlardan və "alqoritmlərin gücündən" qorumaq üçün müdaxilə etməlidirlər.

İndi ölkədə artıq yaş həddi var, ona görə uşaqlar yalnız 13 yaşdan sonra sosial şəbəkələrdən istifadə edə bilərlər. Lakin Norveç media təşkilatının araşdırması göstərib ki, 9-11 yaşlı uşaqların yarıdan çoxu hələ də sosial şəbəkələrdən istifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR