Onlayn ictimai-siyasi qəzet
Norveç və Ukrayna təhlükəsizlik sahəsində 10 illik əməkdaşlıq və uzunmüddətli dəstək sazişi imzalayıb.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin bəyanatında deyilir.
Sənəd çərçivəsində Norveç hökuməti Kiyevə ümumilikdə 328 milyon dollardan çox vəsait ayıracaq.
“Norveçin Baş naziri Yonas Qar Styöre və Ukrayna Prezidenti Volodimir Zelenski bu gün təhlükəsizlik siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıblar”, - məlumatda qeyd edilib.
Bu məbləğin əsas hissəsi, yəni 190,2 milyon dolları Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi təşəbbüsünə sərf olunacaq.
Bu il Norveç Ukraynaya azı 1,2 milyard avroya yaxın hərbi yardım göstərəcək.
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ