İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nizami bütün həyatını qədim Gəncədə keçirib”- XİN-dən İrana cavab

Martın 9-11-i Bakıda X Qlobal Bakı Forumu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə öz tviter hesabında paylaşıb.

O qeyd edib ki, Forum dahi Azərbaycan şairi və mütəfəkkiri, bütün həyatını ölkəmizin qədim Gəncə şəhərində keçirən Nizami Gəncəvinin adını daşıdığı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. 

Maraqlıdır ki, İranın paytaxtı Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran XİN-in rəsmi sözçüsü Nasir Kənani Azərbaycan şairi Nizami Gəncəvini “fars zadəganlarından olan İran şairi” kimi təqdim edib. Onun “Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub”, sözləri narazılıqla qarşılanıb. 

Beləliklə, XİN-in bu açıqlamasının Nasir Kənaninin iddialarına cavab olduğu istisna edilmir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR