Onlayn ictimai-siyasi qəzet
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasının kimə tapşırıldığı məlum olub.
Bu vəzifə general-mayor Fərid Əliyevə həvalə olunub.
O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edir. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, İrana səfər edən nümayəndə heyətinə Fərid Əliyev rəhbərlik edib. Məlumatda bildirilir ki, general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Fərid Əliyeva “general-mayor” ali hərbi rütbəsi ötən il verilib. 1987-ci il təvəllüdü Fərid Əliyev 2023-cü ilin yanvar ayınadək Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Xatırladaq ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.//Modern.az
Fotoda: general-mayor Fərid Əliyev
Fotoda: Nizam Osmanov
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ