Onlayn ictimai-siyasi qəzet
“Tavuş bölgəsində heç bir kəndin təslim edilməsindən söhbət belə getməyib və ola da bilməz”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün çağırılan mətbuat konfransında Azərbaycanın 4 kəndinin geri qaytarılması ilə bağlı tələblərinə toxunaraq bildirib.
“Tavuş bölgəsində heç bir kəndin təslim edilməsi ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında kəndlərin adları açıqlananda Ermənistan Respublikası ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adda kəndlər olmayıb”, - deyə Paşinyan çıxışında qeyd edib.
Nikol Paşinyan mövcud sərhədlərin Alma-Ata bəyannaməsi ilə təsdiqləndiyini iddia edir.
“Beynəlxalq sazişlərə görə, Sovetlər İttifaqı dövründə mövcud olan inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistanda olan Ermənistandır, Ermənistanda olmayan Ermənistanın deyil”, - deyə Paşinyan qeyd edib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ