Onlayn ictimai-siyasi qəzet
"Kaxovskaya SES-in partladılması ilə ruslarar göstərdilər ki, onlar nəticələrə hazır deyillər və panikaya düşüblər.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim deyib. O, bildirib ki, rus işğalçıları Kaxovskaya SES-in avadanlığını zədələmək istəyiblər, lakin hər şey onların istədiyi kimi getməyib, nəticədə SES tamamilə dağılıb, şəhəri su basıb.
Kim əhaliyə müraciətində bildirib ki, bu gün Kaxovskaya SES-də terror aktı baş verib, lakin hazırda bütün xidmətlər istənilən fəsadların aradan qaldırılmasına hazırdır:
"Biz bütün tapşırıqları yerinə yetirməyə hazırıq, bütün məntəqələr hazır vəziyyət gətirilib, avtobuslar, marşrutlar - hər şey hazırlanıb. Biz Xersondan olan həmkarlarımızla, hökumətlə, hamı ilə sıx əməkdaşlıq edirik".
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ