İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Piterdə özünü ağıllı göstərdi, dedi ki... - Badalyan

Ermənistanın Baş naziri Nikol Paşinyan doğurdan da özünü ən ağıllı hesab edir. O, ötən gün də növbəti saxtakarlığını etdi.

Musavat.com axar.az-a istinadən bildirir ki, bunu rusiyayönlü erməni bloger Mika Badalyan Paşinyanın Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"O, Aİİ-nin heç bir siyasi, hətta geosiyasi maraqları olmayan sırf iqtisadi birlik olduğunu qeyd edən nizamnaməsini üzündən oxudu. Bununla o, birincisi, siyasi baxımdan Rusiya ilə eyni yolda olmadığını açıq-aydın göstərdi, ikincisi, bununla da Putinlə görüşə getdiyi üçün antirusiya elektoratı qarşısında özünə haqq qazandırdı", - Badalyan bildirib.

Qeyd edək ki, Paşinyan ötən gün Aİİ sammitindəki çıxışında "Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır" deyə bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR