İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriyada müğənninin çantasından sevgilisinin başı çıxdı

Nigeriyada çantada qızın başı ilə görüntülənən musiqiçi saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Bildirilir ki, hadisə Nasarava ştatında baş verib. Yerli sakinlər əlində çanta olan şübhəli kişini görüb və ona yaxınlaşıblar. Daha sonra hadisə yerinə polis gəlib, bu zaman artıq insanlar şübhəli şəxsə qarşı aqressivlik nümayiş etdirirdilər.

"Biz onu izdihamın arasından xilas etdik", - Nasarava polisinin rəsmi şəxsi bildirib.

Şübhəlinin dini mahnılar oxuyan müğənni Timilein Ajayi olduğu müəyyən edilib. Kişinin daşıdığı çantada sevgilisinin kəsilmiş başı olub. Qadının bədən üzvlərinin qalan hissəsi musiqiçinin evində tapılıb. Ajayi həbs edilib və ittihamları şərh etməyib.

Qurbanın ailəsi hökuməti hərtərəfli araşdırma aparmağa çağırıb. Ailə dostunun sözlərinə görə, qızın anası hadisədən sonra şokdan huşunu itirib.

Zərərçəkənin bacısının sözlərinə görə, polis işi düzgün araşdırmır.

“Polis bizə bacımla bağlı heç bir məlumat verməyib... Suallarımıza cavab vermədilər”, - qətlə yetirilmiş qadının bacısı deyib. O, bu vəziyyətdən məyus olduğunu və ailənin ədaləti bərpa edə biləcəyinə ümid etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR