İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriyada gəmi iki yerə bölünüb, 10 nəfər ölüb

Nigeriyanın şimalındakı Kebbi ştatındakı Niger çayında gəminin batması nəticəsində 10 nəfər həlak olub.

Bu barədə “Report” “France-Presse” agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, göyərtəsində 100-ə yaxın sərnişin olan gəmi çayı keçərkən ikiyə bölünüb, 80-dən çox adam xilas edilib.

Bildirilib ki, dalğıclar 10 sərnişinin cəsədini tapıb və daha 10 nəfər itkin düşüb. İlkin versiyaya görə, hadisəyə səbəb gəminin həddindən artıq yüklənməsidir.

Nigeriyada gəmilərin həddindən artıq yüklənməsi, sürət həddinin aşılması və zəif texniki qulluq səbəbindən mütəmadi qəzalar baş verir. Ötən ilin oktyabrında iki belə insident nəticəsində azı 80 nəfər həlak olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR