İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriyada ağır yol qəzasında azı 23 nəfər ölüb

Nigeriyanın şimalında baş verən yol qəzasında azı 23 nəfər ölüb, 48-i yaralanıb.

“Report” bu barədə “Frans Press” agentliyinə istinadən xəbər verir.

Kano şəhərində yük yerində insanların olduğu nəqliyyat vasitəsi yerüstü keçiddən aşıb.

Yol polisi nümayəndəsinin sözlərinə görə, hadisəyə səbəb yüksək sürət olub.

Qeyd olunub ki, ötən il Nigeriyada 9570 yol qəzası qeydə alınıb, nəticədə 5421 nəfər ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR