İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigeriya Nigerə hərbi müdaxilə etmək fikrindəymiş... - müxalifət mane olub

Cəmi iki ay əvvəl Nigeriya prezidenti seçilən Bola Tinubu qonşu Nigerdə ​​dövlət çevrilişindən sonra yaranmış böhranı həll etmək üçün regional səylərə rəhbərlik edib.

Musavat.com "Financial Times" qəzetinə istinadla xəbər verir ki, bu planın pozulmasın ın səbəbi Tinubu ilə müxalifət arasındakı münaqişə olub. 

FT yazır ki, Nigeriya prezidentinin partiyası parlamentdə çoxluğa malik olsa da, Nigerdəki hərbi əməliyyata dəstək verməkdə çətinlik çəkir. Qəzet vurğulayır ki, parlamentin təsdiqi olmadan  Nigeriya ordusu qonşu ölkədə işğal hərəkatına başlaya bilməz.

Bundan əlavə, Laqosdakı bir qəzet Tinubunu "təhlükəli müharibənin qızışdırılmasında" günahlandırıb. “Nigeriyadakı bütün siyasi qüvvələrin nümayəndələrindən gələn hərbi müdaxiləyə qarşı etiraz  Tinubunun böhrandan çıxış yolu tapmaq və Nigeriyanı regional güc kimi bərpa etmək cəhdlərini çətinləşdirir”, - materialda qeyd edilir.

Nigeriyanın və Nigerin daxil olduğu Qərbi Afrika Millətləri İcması (ECOWAS) dəfələrlə bəyan edib ki, iyulun sonunda hakimiyyəti ələ keçirən hərbçilər bundan əl çəkməsə, Nigerə hərbi müdaxilə qaçılmaz olacaq. Avqustun 10-da ECOWAS üzvləri bu məsələni müzakirə etmək üçün görüşməyi planlaşdırırlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR